Fəxrəddin Manafovdan "Təhminə" ilə bağlı etiraf — VİDEO

İNCƏSƏNƏT 21 noy 2022, 11:56
"O üz" proqramının qonağı olan Xalq artisti Fəxrəddin Manafov duyğulu anlar yaşayıb. 

Demokrat.az
xəbər verir ki, verilişdə aktyor üçün "Təhminə və Zaur" filmindən xatirələr təqdim edilib. "Təhminə" obrazına girən xanımı görən Manafov dünyasını dəyişən Vahidə Sadıqovanı xatırlayıb:

"Məni keçmişə apardı. Amma filmi deyil, indi başqa və gözəl bir dünyada yaşayan həyat dostum, 48 il birlikdə olduğumuz həyat yoldaşımı... O da televiziyada çalışırdı, aparıcı idi. "Təhminə" filmində qəribə anlar var idi. Mən də evdə otururdum, gözləyirdim ki, axşam gedib qarşılayacağam. Mən çəkilişdə olanda atam gedib qarşılayırdı". 


Axşam.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top