Yeni inqilab güney azərbaycanlıları qurtaracaqmı? — VİDEO

SİYASƏT 20 noy 2022, 16:43
20 noyabr tarixində Ankara vaxtı ilə saat 17:30-da Türkiyənin “Haber Global” telekanalı İrandakı ikiaylıq etirazlar dalğasına və oradakı azərbaycanlıların düşdüyü vəziyyətə həsr olunmuş sənədli film yayımlayacaq.

Filmdə 1979-cu ilin fevral hadisələrinin kinoxronikasının nadir görüntüləri təqdim olunacaq. Həmin filmdə küçələrə çıxmış insanlara qarşı İran ordusunun və hətta tanklarının istifadə edilməsi göstərilir. Bildiyiniz kimi, həmin vaxt 500-ə yaxın insan həlak olmuşdu və hazırda eyni hadisələr təkrarlanır.

Promo çarxı Bəxtiyar Vahabzadənin Araz çayı ilə yarı bölünən, Rusiya və Fars imperiyaları arasında 1828-ci ildə imzalanan saziş nəticəsində sərhədin iki fərqli tərəfində qalan azərbaycanlıların birlik simvoluna çevrilən şeirləri ilə tamamlanır.

Mürvət Həsənli
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top