Şeyxin qardaşı: “İsrail bizə dost ölkədir“

SİYASƏT 19 noy 2022, 14:16
"İsrail ilə bizim bəzi məsələlərdə müqavilələrimiz, birgə fəaliyyət göstərməmiz, bəzən hərbi sənayedə, həm də digər sahələrdə iş birliklərimiz var".

Demokrat.az
Redaktor-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib.

“Bu gün Milli Məclisdə qanun layihəsi qəbul olundu. Nəticədə bir neçə ölkədə yeni səfirliklərimizin açılacaq. Məlum olduğu kimi, İsrail ilə bizim bəzi məsələlərdə müqavilələrimiz, birgə fəaliyyət göstərməmiz, bəzən hərbi sənayedə, həm də digər sahələrdə iş birliklərimiz var.

Təbii ki, İsrail bizə dost ölkədir. Neçə illərdir, hələ ulu öndər Heydər Əliyevin vaxtında da  münasibətimiz çox geniş olub. Bu siyasət indi də davam etdirilir. Səfirliyin açılması ilə bu münasibətlər daha geniş şəkildə davam etdiriləcək”, - deyə deputat vurğulayıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top