Ağ Ev: "İranın nüvə razılaşması ABŞ-ın diqqət mərkəzində deyil"

DÜNYA 19 noy 2022, 00:24
İranın nüvə sazişinin bərpası ABŞ-ın diqqətindən kənarda qalıb, lakin Vaşinqton problemin həllində diplomatiyaya üstünlük verməkdə davam edir.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə bildirib.

“Onlar nüvə sazişi ilə birbaşa əlaqəsi olmayan məsələləri qaldırmağa davam edərək suları bulandırdılar. Bizim cəhdlərimizə baxmayaraq, İrandakı etirazlardan əvvəl onlarla müqavilə bağlaya bilmədik”, - Kirbi deyib.

Kirbi əlavə edib ki, ABŞ Prezidenti Cozef Bayden Tehranın nüvə silahına malik olmasının qarşısını almaqda qərarlıdır.

Bununla belə, Ağ Ev nümayəndəsinin sözlərinə görə, ABŞ Prezidenti hələ də diplomatiyanın nəticəyə nail olmaq üçün ən yaxşı yol olduğuna inanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top