İranın təbliğat və təxribat planı: Molla rejimi yeni elementlərdən istifadə edir — ARAŞDIRMA

GÜNDƏM 18 noy 2022, 21:44

Azərbaycan müstəqilliyini elan etdiyi ilk gündən etibarən, İran tərəfindən riyakar münasibətlə qarşılaşır. İran 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, digər yandan, təcavüzkar Ermənistana dəstək verərək ölkə əhalisində məyusluq hissi aşılamaq, Ermənistan qarşısında məğlubiyyət ovqatı yaratmaq üçün informasiyalar uydurub dövr elətdirməklə məşğuldur. Qarabağ münaqişəsinin bitməsindən sonra isə iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir.

İran “islam respublikası” adından faydalanaraq, Azərbaycan əhalisinin dini inanclarını istismar edib. Dini icmaları siyasi qruplara çevirməklə öz maraqları üçün istifadə etməyə səy göstərib.

Azərbaycana münasibətdə asimmetrik müharibə vəziyyəti

İran ölkəmizə qarşı münasibətini pərdələmək üçün asimmetrik müharibə metodlarından faydalanmaqdadır. İqtisadi, siyasi vasitələrlə təzyiq göstərmək, psixoloji təsirlərə məruz qoymaq, diplomatik basqılar etmək, kiberhücumlara baş vurmaq, dezinformasiya yaymaqla qarşıdurmalar yaratmaq asimmetrik müharibənin əsas elementlərindəndir. İran Azərbaycana qarşı münasibətində bütün bu formalardan istifadə edir.

2021-ci ildə hazırladığımız yazıda İranın Azərbaycanda zorakı ekstremizmi təşviq edən təbliğatının üsul və vasitələri haqqında məlumat vermişdik. “İranın təbliğat və təxribat mexanizmləri: necə formalaşdırılır, necə idarə olunur” başlığı ilə təqdim etdiyimiz yazıda vurğulamışdıq ki, İran Azərbaycan əhalisində çaşqınlıq yaratmaq üçün bir deyil, on deyil, yüzlərlə sosial şəbəkə profilləri yaratmış, KİV qurumları formalaşdırmış, Azərbaycan dilində təxribatçı informasiyalar yayılmasını təşkil etmişdir (https://qafqazinfo.az/news/detail/iranin-tebligat-ve-texribat-mexanizmleri-nece-formalasdirilir-nece-idare-olunur-339304). Qeyd etmişdik ki, təxribatçılar Azərbaycan vətəndaşlarını yanıltmaq, dini maarifləndirmə adı ilə cəlb edib yekunda özlərinin siyasi maraqlarının təmsilçisinə çevirmək üçün xüsusi taktikadan faydalanırlar. Məsələn, Qum şəhərindən yönləndirilən Facebook profillərdindən birinin adı “İmam Zaman Aşiqləri” qrupudur ( ( (https://www.facebook.com/groups/645951435506086/). Oxucuda ilk təəssürat belə olur ki, yəqin, burada dini mövzulardan söz açılacaq, dini kəsimə mövzu üzrə yeni bilgilər veriləcək. Amma əksinə, İran təxribatçıları hər yerdə olduğu kimi, burada da riyakar davranır, müqəddəs dini mövzunu özlərinin siyasi maraqlarına qurban edirlər. Qrupun 20 oktyabr 2021-ci il tarixinə olan əsas paylaşımında iddia edilir ki, xaricdən idarə olunan “Facebook” səhifələrindən biri Azərbaycanda hansısa şirkəti ifşa edib. Maraqlıdır, Azərbaycanda hansısa şirkətin “İmam Zaman”la nə əlaqəsi vardır?

Səhifədə təqdim edilmiş digər mövzu isə belədir: “Tofiq Yaqublu Zəngəzur dəhlizini yalanladı”. Səhifəni başdan-ayağa oxuyursan, “İmam Zaman” mövzusundan əsər-əlamət yoxdur. Əvəzində, ayrı-ayrı məqalələrdə guya “Azərbaycanda etnik azlıqların hüquqlarının pozulması” və sair kimi buna bənzər qondarma mövzular üzrə aldadıcı faktlar yer alıb.

Prosesi izləyərkən bəlli olur ki, qeyd edilən dövr ərzində təkcə “Facebook” üzərindən yayım verən, Azərbaycan auditoriyasını hədəfləyən bu cür 57 profil yaradılıb. Hamısı da aldadıcı başlıqlarla. “Maraqlı Məlumatlar” qrupu (https://www.facebook.com/groups/890202167688763/), “Beynəlxalq Quran Xəbər Agentliyi” qrupu (https://iqna.ir/az/news/3490860/az%C9%99rbaycanl%C4%B1-m%C9%99ddah-%C6%8Frb%C9%99in-y%C3%BCr%C3%BC%C5%9F%C3%BCnd%C9%99-video ) və sair adlar altında yaradılan sosial şəbəkə profillərinin əsas hədəfi Azərbaycan dilli auditoriyanın çaşdırılmasıdır.

Bu məqamda daha bir nüansa aydınlıq gətirilməsinə ehtiyac yaranır. İndiyədək belə təəssürat olub ki, Azərbaycan informasiya məkanına daxil olmaq üçün İran öz ərazisində yaratdığı KİV qurumlarından faydalanıb. Diqqət Qum şəhərindən idarə olunan “Nur-az” (www.nur-az.com), “Arannews” ( http://arannews.com/) xəbər portalları, “Səhər” televiziyası (https://azeri.sahartv.ir/), sosial şəbəkələrdə “Hüseynçilər” və “Huseyniyyun” qrupları, həmçinin yuxarıda adı keçən “Facebook” qrupları və digərlərinin üzərində fokuslanıb. Belə yanaşma Azərbaycanın daxilindəki mühiti yaddan çıxarıb. Daxili KİV və QHT platformalarında təmsil olunan İranın təsir agentləri diqqətdən kənar qalıblar. Hansı ki ölkə içində “İran Mədəniyyət Mərkəzinin” təsirinə düşən, müxtəlif tədbirlər adı altında İranın təxribatçı tezislərini təbliğ edən QHT və KİV-lər mövcud olub.

Yazımızda vurğuladığımız bu məqam ölkədə diqqət çəkib. Mövzu digər araşdırmaçılar üçün də tədqiqat obyektinə çevrilib. Belə araşdırmalardan biri “İranın Azərbaycana qarşı infotəxribat şəbəkəsi: təsir agentləri kimlərdir?” başlığı ilə təqdim edilib. Orada Azərbaycanın daxilində fəaliyyət göstərən, İranın təxribatlarına xidmət edənlərdən bəhs olunub (https://publika.az/news/nida_tehlil/418485.html).

Yeni informasiya sistemləri

Aradan keçən bir il ərzində mövzu üzrə apardığımız tədqiqatlar yeni nüansları ortaya çıxarıb. Bəlli olur ki, İran Azərbaycana qarşı təxribatçı təbliğatını genişləndirmək üçün təkcə sosial şəbəkə platformaları və ənənəvi KİV-dən yararlanmır. Proksi və anonim rabitə kanallarından da faydalanır.

Həmçinin təxribatçı təbliğat daha öncə bəlli şəxslər və sosial media hesabları üzərindən təktərəfli qaydada aparılır, yalnız Azərbaycan auditoriyasını hədəfləyirdi. İndi isə həm Azərbaycan, həm də İran cəmiyyətini hədəf seçib. İndi İran xüsusi seçilmiş məlumatları, informasiyaları hər iki ölkənin əhalisinə, hakimiyyət orqanlarına və silahlı qüvvələrinə yönəldən yeni sistem tətbiq edir.

2021-ci ilə qədər təxribatçı təbliğat əsasən İranın dini və hərbi radikal qanadları tərəfindən həyata keçirilirdisə, indi effektivliyi artırmaq üçün İranın bütün dövlət strukturları səfərbər edilib. Onlar Azərbaycan auditoriyası ilə yanaşı, aşağı təminatlı, keyfiyyətli təhsilə çıxış imkanı olmayan, illərlə siyasi proseslərdən kənarda qalan mövhumatçı dünyagörüşlü İran cəmiyyətini də əhatə edir. Bu təbəqədə Azərbaycan dövləti əleyhinə fikir yaradılması üçün çalışırlar.

Beləliklə, İranın təxribatçı informasiyalarını yaymaq üçün tətbiq etdiyi yeni alətləri qruplaşdıraraq 5 əsas element üzrə təsnifatlaşdırmaq mümkündür:

1. İranın rəsmi hökumət mediası vasitəsilə aparılan təbliğat: Əvvəllər təxribatçı informasiyalar, əsasən, qeyri-rəsmi şəxslərin, “elmi” və “dini” mərkəzlərin adından yayılırdı. İndi isə İranın rəhbər şəxsləri, müxtəlif nazirliklər, digər qurumlar tərəfindən verilən bəyanatlar, mesajlar daha çoxdur. Onlar öz mesajlarını həm sosial şəbəkələr, həm də rəsmi KİV-lər vasitəsilə tirajlayırlar.

2. İran dövləti tərəfindən maliyyələşdirilən qlobal yayım mərkəzləri: Bu qrupa İran dövləti tərəfindən maliyyələşdirilən və xarici auditoriyaya yönəlmiş KİV-lər daxildir. Onlar cəmiyyətin çaşdırılmasına hesablanmış informasiyaları həm də qlobal auditoriyalara çıxarırlar.

3. Proksi resursların formalaşdırılması: Qlobal əhatə dairəsi olan İranyönlü internet resursları Azərbaycanın tərəfdaşları olan ölkələrdə münasibətlərinin korlanmasına hesablanmış dezinformasiyalar yayırlar.

4. Sosial mediadan silah kimi istifadə olunması: Sosial media platformaları üzərindən Azərbaycanın hakimiyyət institutlarını gözdən salmaq üçün davamlı kampaniyalar aparılır. Etiraz aksiyalarının keçirilməsinə, iğtişaşlar törədilməsinə təşviq edirlər.

5. Kiberhücumlar: Veb saytların oğurlanması, vebsaytların klonlaşdırılması, saxta veb saytların yaradılması və ələ keçirilmiş hesablar vasitəsilə çaşdırıcı informasiyaların yayılması da intensiv şəkildə tətbiq edilən metodlardan biridir.

Bu vasitə ilə Azərbaycanın demokratik, dünyəvi dövlət dəyərləri şübhə altına alınır, Türkiyə və digər müttəfiqlərimizin beynəlxalq mövqeləri haqqında dezinformasiyalar yayılır. Hazırda Azərbaycana qarşı təxribat xarakterli məlumatlar yayan, İran təxribatçıları tərəfindən idarə olunan “Azərbaycandilli” “Telegram” kanallarının sayı 100-dən çoxdur. Bu sırada https://t.me/Hz_Zeyneb_Mektebi , https://t.me/mp3kd313 , https://t.me/mutaliatazerb , https://t.me/ustadshucai , https://t.me/mutaliatazerb/4563 , https://t.me/VAHIDUMMAT , , https://t.me/Zuhur_Az , https://t.me/Hicab_az , https://t.me/Pro_Analitika , https://t.me/azerbaycan_tarixi_telegram , https://t.me/iswnews_az , https://t.me/pdf_dini_kitablar , https://t.me/ayetullahxamenei kanalları xüsusilə seçilirlər.

Sistem elə qurulub ki, onlar hətta Qumdan göstərişlər gözləmədən də aktual mövzular üzrə dezinformasiyalar emal edir, yayırlar. Bu sırada İrana məxsus “Facebook” və “Telegram” kanalları xüsusi fəallıq nümayiş etdirirlər. Bu kanallardan hər biri Azərbaycanda müəyyən bir sahəni hədəf seçib, “ixtisaslaşıblar”. Məsələn, təbliğat kanallarından olan Yağlı xəbər səhifəsi Azərbaycanın irəli sürdüyü rəsmi tezislərin gözdən salınması ilə məşğuldur (https://www.facebook.com/profile.php?id=100081286561690 //

https://www.youtube.com/channel/UCc_aM6loeo_4pMERq59Efuw ). Bu kanal Azərbaycan ictimai-siyasi fikrində, ideoloji müstəvidə rəğbət qazanmış şəxsləri hədəfə çevirir, gözdən salınmaları üçün kampaniyalar aparır.

“İffətli qadın” adlı kanal zahiri şüarının əksinə olaraq, azyaşlıları hədəf seçir. Kiçik yaşdan başlayaraq qız uşaqlarının İran təbliğatının təsirinə düşmələri üçün çalışır (https://www.facebook.com/profile.php?id=100084017121228).

İslam Dünyası Xəbərləri (https://az.iswnews.com/15389/?fbclid=IwAR26iyP2ojQ_CqFz3OuIARKZawjGlHyQ7NnVoe8p6MTng9-xioULy5ZLFxM , https://www.facebook.com/iswnews.az ), Huseyn Əli (https://www.facebook.com/profile.php?id=100071113629535 ), Həmid Türki (https://www.facebook.com/hemidturki ), Diriliyin Mənası” (https://www.facebook.com/profile.php?id=100080085477033 ) kimi sayt və profillər də bu qəbildəndir. Adları ilə əməlləri ziddiyyət təşkil edir. Hər biri müəyyən bir mövzunu götürərək Azərbaycanın əleyhinə iş aparır. “Kölgə Əsgər” səhifəsi “Azərbaycanda şəhidlərin bir dəqiqəlik sükutla yad edilmə aksiyası”nı şübhə altına alır. Guya Azərbaycanda şəhidlərin və qazilərin hüquqlarının pozulması barədə kampaniyalar aparır. Kanal həmçinin Azərbaycan Prezidentinin fikirlərinin gözdən salınmasına cəhd göstərir (https://www.facebook.com/profile.php?id=100072952391138).

“Şiə Hilalı” (https://www.facebook.com/profile.php?id=100077834956425), Qədim Əşyalar Kitabı” (https://www.facebook.com/profile.php?id=100085257362192), “Əli Hüseynov səhifəsi” və digər yandaş səhifələr isə Azərbaycan Respublikasında guya dini inanclara qarşı xüsusi bir siyasətin yürüdülməsindən bəhs edirlər. Məsələn, “Xırdalanda məscid restorana çevrilib” başlığı ilə məqalələr paylaşırlar. Bununla da, Azərbaycanın İrana qarşı haqlı iradlarını zərərsizləşdirməyə cəhd edirlər. Ermənistanın məscidlərdə donuz saxlamasına İranın göz yuması” faktını “saxta çıxarmaq üçün” çabalayırlar. (https://www.facebook.com/profile.php?id=100067682479266) ,

(https://www.facebook.com/100067682479266/videos/518937823464802)

“Behcət Xiyabanı – Real İran” səhifəsi (https://www.facebook.com/Realran2022), həmçinin Əbdulmalik Əl-husi - Manuçöhr Möttakinin adına açılmış kanal isə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İran agentlərini zərərsizləşdirməsi əməliyyatlarını araşdırır (https://www.facebook.com/manucohr.mottaki.52).

SEPAH-a bağlı “Telegram” kanallarının paylaşımları da eyni işə dəstək verirlər. Azərbaycan DTX-nın İrana casusluq etmiş şəbəkəni zərərsizləşdirməsini saxtalaşdırmağa, bunu xarici dövlətlərin sifarişi ilə atılmış addım kimi təqdim etməyə çalışırlar (https://t.me/IRGCQODS/6269 // https://t.me/SEPAHCYBERY/56315 // https://t.me/sepah_IRGC/17776).

İran təxribat maşınının fəaliyyətində belə bir hal da müşahidə edilir ki, sosial şəbəkə platformalarında, “Telegram” kanalında hesablar fərqli adlarla açılaraq daha sonra dəyişdirilir. Bunu iz azdırmaq üçün edirlər. Amma hesabların URL ünvanını oxumaqla nə iş gördüklərini bilmək olur. Məsələn, “Həqiqəti bil” (https://www.facebook.com/profile.php?id=100078704469700 ), “ Tarixi Nadir” (https://www.facebook.com/profile.php?id=100069819945129 ) səhifələri bu qəbildəndir.

https://t.me/ayetullahxamenei/2410 kanalı ilə Zəngəzur dəhlizinin effektivliyi ilə bağlı sorğu keçirir, bu məsələdə İranın maraqlarını önə çəkilir.

Bu saytları, KİV-ləri, sosial media hesablarını izlədikcə belə qənaət yaranır ki, İranda Azərbaycandilli seqmentlər üzrə təbliğat aparmaq, təxribatlar törətmək, ictimai rəyi çaşdırmaq üçün yaradılmış, ixtisaslaşmış tam bir institut formalaşdırılıb. Bu institutun monitorinq qrupları vardır. Azərbaycandakı prosesləri zərrəbin dəqiqliyi ilə izləyirlər. Həssas məqamları müəyyənləşdirib o hissədən hücuma keçirlər.

Təxribatçı tezislər hazırlayan departamentləri vardır. Yandaş KİV-ləri ideyalarla, tezislərlə təmin edirlər. Hansı məqamda hansı tezisi ortaya atmaqla Azərbaycan auditoriyasını çaşdıra biləcəklərini hesablayırlar və sair.

Bütün bunları nə üçün edirlər? Nəticə çıxır ki, İran rəsmiləri Azərbaycana qarşı dost yox, pusquda durmuş düşmən münasibətindədir. Fürsət düşən kimi zərbə endirməyə çalışırlar. Prosesi araşdırarkən heyrət doğuran faktlar ortaya çıxır. Növbəti yazımızda İran rəsmilərinin Azərbaycanda təxribatlar törətmək, ictimai rəyi çaşdırmaq üçün istifadə etdikləri yeni vasitələr barədə əlavə bilgilər veriləcək.

Yeganə Hacıyeva

Müşfiq Ələsgərli

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top