“Başqa ölkənin “5-ci kolon”larının bir başqa ölkədə fəaliyyəti təbii ki, həmin ölkələrin maraqlarına xidmət edir və onlar fəaliyyət göstərdikləri ölkələrə həmişə problem yaradır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deyib. Partiya sədri əlavə edib ki, onlar həm iqtisadi, həm sosial, ən əsas da siyasi qarşıdurmalar və siyasi problemlər yarada bilərlər:
“Biz 30 illik qısa müstəqillik dönəmizdə kifayət qədər “5-ci kolon” nümayəndələrinin və yaxud da “5-ci kolon”un problemlərini yaşamışıq. İstər müstəqilliyimizin ilk illərində, istərsə də sonrakı illərdə gah Rusiyanın, gah İranın, gah da Avropanın “5-ci kolon”ları xidmət etdikləri ölkələrin maraqlarına görə Azərbaycana təzyiqlər ediblər. Təbii ki, çoxsaylı problemlər yaradıblar və bunu da davam etdirirlər. Biz hər zaman deyirdik ki, “5-ci kolon” deyiləndə yalnız Rusiya başa düşülməməlidir. Burada İranın da, Avropanın da, ABŞ-ın da “5-ci kolon”u var. Son günlər isə onlar fəaliyyətləri aktivləşib”
Partiya sədri daha sonra bunları əlavə edib:
“Hər bir dövlət çalışmalıdır ki, bu məsələ ilə süni şəkildə yox, köklü və əsaslı şəkildə mübariz aparsın. “5-ci kolon”un nümayəndələrini həbs etmək artıq bu işin nəticəsinin aradan qaldırılmasıdır. Biz çalışmalıyıq ki, “5-ci kolon” öz ətrafına adam yığa bilməsin və bunda maraqlı olmasın. Çünki burada həm dövlət və dövlətçiliyin təbliği, həm də daxili siyasi immunitetin, informasiya təhlükəsizliyinin formalaşması gedir. Təbii ki, bunların hamısı nəzər alınmalıdır. Hesab edirəm ki, yerli və milli media quruluşlara, yerli və milli siyasi quruluşlara şərait yaradılmalıdır ki, onlar hakimiyyətdən qalan boşluqları doldura bilsinlər. Əks təqdirdə, “5-ci kolon”lar o boşluqları doldururlar və onlar artıq milli maraqlar üçün deyil, xidmət etdikləri ölkələrin maraqları üçün o boşluqlardan istifadə edirlər. Biz hər zaman bunu demişik ki, güclü çoxpartiyalı sistemin, azad medianın, liberal iqtisadiyyatın yaradılması “5-ci kolon”un formalaşmasının qarşısını alan əsas amillərdəndir. Hansı ki, bunu eləməzsən istər-istəməz əvvəl axır başqa dairələrə xidmət edən bir kütlə əmələ gələcək. Siz də o kütlə ilə hesablaşmalı olacaqsınız. Düşünürəm ki, Rusiya, İran və Avropanın “5-ci kolon”un formalaşması baxımından xeyli vaxt itirmişik, amma hələ də gec deyil. Hakimiyyət ən azından birinci mərhələdə öz iqtidarına təhlükə yaratmayacaq islahatlara getməlidir. Yəni, sözün həqiqi mənasında islahlatlara getməlidir ki, belə proseslərin qarşısını alsın və belə proseslər də olmasın”.
Aynurə
Demokrat.az