Gürcüstandakı soydaşlarımız İranın təsiri altına necə düşüblər? — VİDEO

SOSİAL 17 noy 2022, 10:56
Gürcüstanda nə baş verir?İran bu ərazilərdə  illərdir necə güclənib ? Soydaşlarımız İranın təsiri altına necə düşüblər ? 

"Xəzər Xəbər"in çəkiliş qrupu Gürcüstanda 1 həftə olaraq bu mövzunu ətraflı şəkildə araşdırıb. Çəkilişlər əsasən Tbilisi,Marneuli,Qaraçöpdə aparılıb.  Burdakı ziyalılar,ağsaqqallar, din xadimləri, sadə vətəndaşlarla söhbətlər edilib, mövzu ilə bağlı suallar verilib.

Gürcüstan Musəlmanları İdarəsinin ilk şeyxi Vaqif  Əkbərov nələri etiraf edib? Onun şeyxlikdən getməsində İran niyə maraqlı idi ? Gürcüstandakı məscidlərə hansı qurum nəzarət edir? 

Araşdırma nəticəsində məlum olub ki,Gürcüstanda İran sərmayəli  11 min 751  təşkilat, şirkət fəaliyyət göstərir.Onlar öz fəaliyyətlərini necə qururlar? Gürcüstandan İrana avtobus səfərlərini kim təşkil edir? Soydaşlarımız İranın hansı dini şəhərlərinə aparılır?  

Gürcüstanın Dini məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze din xadimləri ilə bağlı hansı məsələnin aktual olduğunu vurğulayıb?

"Xəzər Xəbər"in çəkiliş qrupu bütün bu və digər suallara Gürcüstanda cavab axtarıb.
 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top