Polis Ağcabədidə əməliyyat keçirdi — 7 nəfər saxlanıldı

HADİSƏ 17 noy 2022, 09:48
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir neçə gün ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumulikdə 7 nəfər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Demokrat.az-a bildirilib ki, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə Hindarx qəsəbəsində yaşayan Anar Mamedov saxlanılıb. Üzərində aparılan şəxsi baxış zamanı ondan təmiz çəkisi 415 qram olan güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.

Bundan əlavə rayonun Hindarx qəsəbəsində və digər ərazilərində aparılan ardıcıl tədbirlər nəticəsində daha 6 nəfər saxlanılıb. Onlardan ümümi çəkisi 1 kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlarla bağlı Ağcabədi RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq zəruri istintaq hərəkətləri davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top