“Polşa sübut edə bilsə, o zaman NATO buna hərbi cavab verməlidir” — VİDEO

SİYASƏT 16 noy 2022, 23:39
“Polşa sübut edə bilsə ki, onun ərazisinə real təhlükə var, o zaman 5-ci maddə işə düşəcək. 5-ci maddə ilə NATO üzvü olan ölkəyə hücum olmasını təsdiq etmiş olur. Belə olan halda, hərbi alyans da kollektiv şəkildə buna hərbi cavab verməlidir”.

Demokrat.az
xəbər verir ki, bu sözləri Müsavat TV-nin efirində Sevinc Telmanqızının aparıcılığı ilə "Tv Müsavat"ın efirində yayımlanan "Canlı Debat" verilişində ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib. 

Ü.Cəfərov hesab edir ki, bütün dünyanı maraqlı həftə gözləyir:

“Yəni, Yens Stoltenberqin komandası özünü necə göstərəcək. Fakt faktlığında qalır ki, Polşa NATO ölkəsidir. Atılan raketlər Polşa ərazisində partlayıb və NATO üzvü olan Polşanın vətəndaşları həyatını itirib. Fərqi yoxdur, 1 nəfər ölüb, 2 nəfər ölüb və ya yaralanıb. Bu raketi Ukrayna vurubsa belə, burada Ukrayna müdafiə hüququndan istifadə edib. Ona görə də, burada Ukraynada yox, yaramaz Rusiyanın hərəkətindən söhbət gedir”.


Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top