Sumqayıtda azyaşlı bacılar qəfil vəfat etdi — VİDEO

HADİSƏ 16 noy 2022, 21:01
Bu gün Sumqayıtda 2 azyaşlı qız evdə olarkən qəfildən vəziyyətləri pisləşib. Dörd və 6 yaşlı bacılar xəstəxanaya çatdırılana qədər vəfat ediblər.

Xezerxeber.az-ın məlumatına görə, yaxınları deyiblər ki, azyaşlı bacıların  halı pisləşən kimi valideynləri  dərhal xəstəxanaya müraciət etsələr də, gec olub.

Sumqayıt Tibb Mərkəzi azyaşlı bacıların ölümü ilə bağlı məlumat yayıb. Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsindən "Xəzər Xəbər"ə bildirilib ki, eyni ailənin üzvü olan bacılar bu gün səhər saat 05:35-də Uşaq xəstəxanasına gətirilib. Baxış zamanı hər iki uşaqlarda həyati əlamət müşahidə olunmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Onların nəşləri təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.

Qida Təhlükəsizliyi Agentliyindən  isə bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top