"Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi imkan yaranıb"— Blinken

GÜNDƏM 16 noy 2022, 18:50
ABŞ-ın dövlət katibi Antoni Blinken Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün tarixi imkanın olduğunu açıqlayıb.

Bunu ABŞ-ın dövlət katibi Antoni Blinken noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Dövlət katibi ABŞ-ın bu istiqamətdə səylərini davam etdirəcəyini söyləyib.

Telefon danışığı əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə növbəti görüşün keçirilməsi və etimad quruculuğu tədbirlərinə dair fikir mübadiləsi aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top