Azad olunmuş ərazilərdə 2026-cı ilə qədər 197 təhsil müəssisəsi tikiləcək

QARABAĞ 16 noy 2022, 18:29
Əhalinin geri qayıdışına əsaslanaraq mərhələli şəkildə ümumi (bölgələrin xüsusiyyətlərini nəzərə alaraq müxtəlif təmayüllü məktəblər, liseylər və gimnaziyalar, internat tipli xüsusi ümumtəhsil məktəbləri, inteqrasiya təlimli internat tipli məktəblər) və məktəbəqədər təhsil müəssisələrinin tikintisi və bərpası nəzərdə tutulur.

Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.

2022-2026-cı illərdə Elm və Təhsil Nazirliyi Dövlət Şəhərsalma və Arxitektura İdarəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və yerli icra hakimiyyəti orqanları ilə birgə Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası işlərini icra etməlidir.
Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə ölkənin müvafiq ali təhsil müəssisəsinin filiallarının yaradılması ilə bağlı tədbirlər görüləcək.

Tədbirlər Planına əsasən, 2022-2026-cı illərdə Elm və Təhsil Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi, digər mərkəzi icra orqanları, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və yerli icra hakimiyyəti orqanları ilə birgə 1 filialın yaradılması və fəaliyyətə başlamasını təmin etməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top