İnsanlar bişmiş yeməyi 780 min il əvvəl yeməyə başlayıb

MARAQLI 16 noy 2022, 18:20
İnsanlar 780.000 il əvvəl oddan istifadə edərək bişmiş yeməklər yeməyə başlayıb.

Demokrat.az
"TRT Haber"ə istinadən xəbər verir ki, İsrailin Təl-Əviv Universitetindən Doktor İrit Zoharın rəhbərlik etdiyi İsrail, Britaniya və Alman tədqiqatçılar qrupu ölkənin şimalında, İordan çayı yaxınlığında 780 min illik yaşı olan sazan balığına bənzər qalıq aşkar ediblər.

Balıq qalıqlarının uzunluğu təxminən 2 metrə qədər olub.

 Qalıqdakı diş minasının kristallarının genişləndiyi ifadə edilən araşdırmada balığın birbaşa atəşə məruz qalmadığı, aşağı temperaturda bişirildiyi təxmin edilir.

Tədqiqatçı-professor Goren İnbar qeyd edib ki, həmin dövrə aid tapılan yemək yalnız balıqla məhdudlaşa bilməz, müxtəlif heyvan və bitkiləri də əhatə edə bilər.

 Bu, insanların başqa bölgələrə miqrasiya marşrutuna bir ipucu ola bilər.

Araşdırmada bölgədə on minlərlə ildir ovçu və toplayıcı qrupların yaşadığına diqqət çəkilib. Qeyd olunub ki, ən təmiz su qaynaqlarına malik bölgələrin Afrikadan ilk insanların köçünün marşrutu ilə bağlı ipucu verə bilməsi mümkündür.

Alimlər hesab edirlər ki, xam qida istehlakından yemək bişirməyə keçid insan inkişafı və davranışına kritik təsir göstərib.

 Keçmiş tədqiqatlar isə bişmiş yeməklərin qalıqlarının eramızdan əvvəl 170 mininci ilə aid olduğunu aşkar etmişdi. 

Tədqiqat “Nature Ecology and Evolution” elmi jurnalında dərc olunub.

Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top