NATO-nun Baş katibi: “Polşa ərazisinə raketi Ukrayna atıb, amma əsl günahkar Rusiyadır”

DÜNYA 16 noy 2022, 16:43
“NATO Rusiyanın ona hücum etməyi planlaşdırdığına dair heç bir əlamət görmür”.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika Şurasının iclasından sonra bildirib.

O deyib ki, ilkin məlumatalara görə, Polşa ərazisinə raketlərin atılması Ukraynaya aid hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində baş verib.

“Amma, bu, Ukraynanın günahı deyil. Əsl günahkar Rusiyadır”, - Baş katib söyləyib.

O deyib ki, NATO ölkələri sakitliyi qoruyacaq və Polşadakı hadisə ilə bağlı təmasları davam etdirəcək.

Baş katib vurğulayıb ki, Rusiya bu mənasız müharibəni dayandırmalıdır: “NATO ölkələri həmrəydir. Bütün müttəfiqlərimizi qorumağa davam edəcəyik”.

Y.Stoltenberq deyib ki, NATO ölkələri Polşadakı insidentlə əlaqədar məsləhətləşmələrə başlamaq üçün Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsindən istifadə etmək niyyətində deyil.

NATO-nun Baş katibi əlavə edib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə təchizatı alyans üçün prioritetdir

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top