Gürcüstan DTX: “İranın sifarişi ilə İsrail vətəndaşının qətlə yetirilməsinin qarşısı alınıb”

REGİON 15 noy 2022, 14:00
Gürcüstanda İsrail vətəndaşının xaricdən sifariş edilən qətlinin qarşısı alınıb.

Demokrat.az
report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Qətlin İran vətəndaşı tərəfindən sifariş edildiyi bildirilir.

Məlumata görə, sui-qəsd üçüncü ölkə vasitəsilə Gürcüstana gələn, “gizli rabitə vasitələri ilə təmin edilmiş” və obyektdə casusluq edən Pakistan vətəndaşı həyata keçirməli olub.

Bildirilir ki, silahların çatdırılması Gürcüstan, İran ikili vətəndaşlığı olan və Gürcüstan ərazisində daimi yaşayan bir qrup şəxs tərəfindən həyata keçirilib. Silahların ötürülməsi üçün gizli yerlərdən istifadə olunub. Silahların daşınmasını həyata keçirən qrup ilə muzdlu qatil arasında birbaşa təmas olmayıb. Koordinasiya ölkə xaricindən həyata keçirilib.

DTX bir neçə nəfərin saxlanıldığını, odlu silah, döyüş sursatı və məlumat daşıyıcılarının müsadirə edildiyini açıqlayıb. Digər təfərrüatlar barədə məlumat verilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top