Bakıda stilisti qətlə yetirən şəxsə hökm oxundu

KRİMİNAL 15 noy 2022, 12:48
Bakıda stilisti qətlə yetiməkdə təqsirləndirilən Pərviz Həsənovun cinayət işi məhkəmə başa çatıb.

Demokrat.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə təqsirləndirilən şəxsə hökm oxunub. 

Pərviz Həsənov 17 il müddətinə azadlıqdan məherum edilib. 

İttihama görə, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb.

1988-ci il təvəllüdlü Orxan Seyidov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1999-cu il təvəllüdlü Pərviz Həsənov tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirib.

İstintaq orqanı tərəfindən Pərviz Həsənovun barəsində Cinayət Məcələssinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Orxan Seyidov stilist kimi fəaliyyət göstərib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top