Cənub sərhədlərimiz möhkəmləndirilməlidir: İran təhlükəsi böyüyür — VİDEO

TƏHLİL 14 noy 2022, 15:41
Uzun müddətdir İran-Azərbaycan arasında müşahidə olunan gərgin münasibətlər artıq yeni mərhələyə qədəm qoyub. İranın rəsmi və qeyri-rəsmi sözçülərinin ölkəmizə qarşı açıq təhdidlər yağdırmasından hər kəs xəbərdardır. Azərbaycan bu təhdidlərin hər birinə İranın başa düşdüyü dildə, ən sərt şəkildə cavab verir və bundan sonra da belə olacaq. Görünən budur ki, iki ölkə arasındakı gərgin münasibətlər hələ uzun müddət davam edəcək, çünki İranda dəyişikliklərin baş verməsi həm də qlobal qərar kimi ortaya çıxıb.

Ancaq biz mövcud durumu bilə-bilə İranla sərhədlərimizdə hələ də ciddi boşluqlara yol veririk. Cənub sərhədlərimizi möhkəmləndirməsək, terrorizmlə, qaçaqmalçılıqla və qanunsuz miqrasiyaya qarşı mübarizə çətin olacaq apardığımız mübarizə bizə istədiyimiz nəticəni verməyəcək. İranla sərhədlərimizdə yerləşən zastavalar ən müasir avadanlıqlarla təmin edilməli, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyəti təhlil edilərək yenidən qurulmalı, hərbçilərin sayı artırılmalıdır.

İrandan Azərbaycana narkotik seli öz məcrasını dəyişmədən axır. Dəhşətli faktlardan biri odur ki, İran xüsusi xidmət orqanları 3-cü, 4-cü ölkələrin savadsız vətəndaşlarından pul alır, “sizi Avropa ölkəsinə keçiririk” deyərək, onları qanunsuz yollarla cənub sərhədlərimizdən ölkəmizə yola salır. Araşdırmalar göstərir ki, bu 3-cü, 4-cü ölkələrin vətəndaşları öz ölkələrində müxtəlif cinayətlər törətmiş şəxslərdir. İran həm bu şəxsləri ölkəmizə keçirir, həm də narkotik vasitələrin miqrdarını onların əli ilə daha da artırır. Heç kəsə sirr deyil ki,  İranla Ermənistan və Qarabağdakı terrorçu rejim arasında 30 il ərzində böyük narkotik ticarəti mövcud olub. Bu illər ərzində işğal altında saxlanılan Azərbaycan torpaqlarından ermənilərin nəzarəti altında narkotik plantasiyaları kimi istifadə olunub. Deməli, Azərbaycan təkcə öz torpaqlarını işğaldan azad etməyib, həm də bütün xalqlar üçün təhlükəyə çevrilən İranın böyük bir narkotik “biznesi”ni məhv edib. Bu o deməkdir ki, İran narkotrafiklə Azərbaycan dövlətinin təməl prinsiplərini sarsıtmağı, xalqımızın iradəsini şikəst etməyi qarşısına strateji qərar kimi qoyub.

İrandan Azərbaycana hər ay təkcə ən aşağı keyfiyyətli 1 ton heroin daşınır. Müxtəlif naskotik maddələri də bura əlavə etsək, tonlardan söhbət gedir. Təkcə 2022-ci ilin yanvar-mart ayları ərzində 1 ton 081 kq heroin, 141 kq tiryək, 506 kq marixuana, 5 kq həşiş, 7286 ədəd metadon aşkarlanaraq dövriyyədən çıxarılıb.  Statistik məlumata görə, Azərbaycanda 40 000-ə yaxın rəsmi qeydiyyatda olan narkotik istifadəçiləri var. Hər halda narkoloji Mərkəz belə iddia edir. Ancaq qeydiyyatda olmayan narkotik istifadəçilərinin sayının çox olması şübhə doğurmur. Məsələn, 2021-ci ilin ilk 3 ayı ərzində əlavə olaraq, 14 329 nəfər narkotik istifadəçisi Narkoloji Mərkəzə yönləndirilmişdi.

Bəs İran Azərbaycanda narkotik satışından əldə etdiyi gəlirləri hara xərcləyir?

Narkotikdən əldə oluna gəlirlərin İrana qarşı yönələn sanksiyalardan az zərərlə çıxması üçün istifadə olunmasının vacibliyi ilə bağlı məsələni də ilk olaraq iranlı general-mayor Məhəmməd Baqiri səsləndirmişdi. İran narkotik vasitələrdən əldə etdiyi gəlirlərlə Suriyada və İraqda terrorçuları da maliyyələşdirir. Onların silah-sursat, ərzaq xərclərini ödəyir. Həmçinin, muzdlu şəxslərin “maaşları” da bu yolla ödənilir.

Bundan başqa, İran narkotikdən əldə etdiyi gəlirlərlə Qaabağdakı erməni terrorçularına da yardımlar edir. Elə hazırda İran-Azərbaycan münasibətlərinin gərginləşməsinin əsas səbəblərindən biri də budur.

Vəziyyət o qədər əndazədən çıxıb ki, İran xüsusi xidmət orqanlarında dəqiq məlumatlar var ki, Azərbaycanda narkotik satışını kimlər himayə edir. Eyni zamanda, İran xüsusi xidmət orqanları bu satış prosesinin bütün detallı bilgilərinə sahibdir. Baxırsan ki, hansısa məmur, yaxud vəzifəli şəxs rüşvət almır, büdcədən birbaşa böyük məbləğdə pullar silmək gücündə də deyil, amma hüdudsuz maddi imkanlara, mal-mülkə sahibdir. İranın toruna düşərək cəmiyyətin, xalqın və dövlətin sağlam sütunlarını narkotikdən gələn pullar hesabına çirkaba batırmaq yaxın gələcəkdə Azərbaycana arzoulunmaz “sürprizlər” bəxş edə bilər. Qısası, narkotik vasitələrlə xalqımızı zəhərləyən İran Azərbaycan xalqını ölüm kürsüsünə daşıyır. Bir saniyə belə gecikmədən cənb sərhədlərimizin gücləndirilməsi istiqamətində inqilabi dəyişiklikilər baş verməlidir. Mənə elə gəlir ki, Qarabağ boyda böyük bir ərazini işğaldan azad edən Azərbaycan üçün öz cənub sərhəblərini qorumaq elə də çətin olmamalıdır.


Samir Feyruzov
Videomaterial - Post TV-də

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top