Allahşükür Paşazadə: “Hər zaman olduğu kimi Türkiyənin yanındayıq”

XARİCİ SİYASƏT 14 noy 2022, 14:45
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Diyanət İşləri Başkanı Əli Erbaşa başsağlığı verib.

Demokrat.az
-ın məlumatına görə, başsağlığında deyilir:

"Qardaş Türkiyənin İstanbul şəhərinin mərkəzində törədilmiş xain terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca sarsıtdı və kədərləndirdi.

Müqəddəs dəyər olan insan həyatına qarşı cinayət olan terroru, onun bütün təzahürlərini qətiyyətlə pisləyirik. Hər zaman olduğu kimi, Türkiyənin yanındayıq. Xəyanətkar terror hadisəsi ilə əlaqədar dərdinizi bölüşür, Azərbaycan, Qafqaz müsəlmanları adından və şəxsən öz adımdan cənabınıza və şəxsinizdə bütün qardaş türk müsəlmanlarına, terror nəticəsində həyatlarını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan onlara rəhmət, yaralılara şəfa diləyirəm. Uca Allah qardaş Türkiyə xalqını və dövlətini hifz etsin!"

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top