Türkiyədə həyata keçirilən terrorla bağlı 3 versiya...

TƏHLİL 14 noy 2022, 12:09
İstənilən ölkədə, eləcə də Türkiyədəki terror hadisəsini şərh etmək üçün ilk olaraq, bu suala cavab tapılmalıdır: "Bu terror hadisəsi kimə lazım idi?".

1. Türkiyədə prezident seçkiləri öncəsi etimadsızlıq yaratmaq, vətəndaş narahatlığına nail olmaqla, onların siyasi iradələrinə təsir etmək kimlərə lazımdır?

Təbii ki, KÜRD qruplaşmalarına...

2. Uzun illər hər iki ölkə arasında yaşanan gərginlikdən sonra - bu ilin oktyabrında Türkiyə İsrailə səfir təyin etdi.

Bu, İRANA lazım deyildi.

Həmçinin, Bir müddət əvvəl Türkiyənin və İsrailin kəşfiyyat orqanları - MİT və "Mossad" arasında məxfi razılaşma əldə olunmuşdu. Sənəddə çox mühüm məsələlər öz əksini tapıb, ancaq daha çox 2 məsələ diqqət çəkir. Böyük ehtimalla, Türkiyədə həyata keçirilən terror aktı da məhz Türkiyə-İsrail kəşfiyyat birlikləri arasında əldə olunan sazişlə bağlıdır. Birincisi, əldə olunan sazişə əsasən Türkiyədə kürdlər və fələstinlilərlə bağlı ciddi nəzarət mexanizmlərinin tətbiqi nəzərdə tutulub. Razılaşmadakı bu bənd terrorizmlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı qəti qərarların qəbul edilməsi ilə nəticələnib. İkincisi, sənədə əsasən İsrail İranın Türkiyədəki kəşfiyyat şəbəkəsinin izlənilməsi hüququnu əldə edib.

Türkiyə-İsrail arasında ən xırda yaxınlaşmanı İran özünün təhlükəsizliyinə təhdid hesab edir. Türkiyə-İsrail arasındakı gərginliyi daha da dərinləşdirmək üçün İran 10 il ərzində böyük enerji və ciddi sərmayə sərf etmişdi.

3. Türkiyənin regionda və dünyada əsas təhlükəsizlik buferi kimi önə çıxması, bütün qlobal-iqtisadi, geosiyasi projelərin əsas təşəbbüskarı və öncülü olması hansı dövlətin maraqlarına ziddir?

FRANSA və onun dəstəklədiyi Yunanıstanın, Ermənistanın...

Samir Feyruzov
Azsiyaset.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top