Kliniki Tibbi Mərkəzin həyətində narkomanlar peyda olub — VİDEO

SOSİAL 13 noy 2022, 12:46
Kliniki Tibbi Mərkəzin həyətində narkomanlar peyda olub.

Demokrat.az
xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Paylaşılan görüntülərdə bir neçə şəxsin Mərkəzin həyətində narkotik maddədən istifadə, hətta alqı-satqı etdiyi iddia edilir.

Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Oxu.Az-a açıqlamasında faktı təsdiq edib.

O bildirib ki, təəssüf ki, mövcud vəziyyətlə bir müddətdir ki mübarizə aparmağa çalşırlar:

“Bəli, həqiqətən də xəstəxananın ərazisində bu hadisələr baş verir. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciətlər etmişik. Yəqin ki, bir tədbir görülər. Baş verənlər Mərkəzin bütün heyətini, pasiyentləri, bir sözlə hər kəsi narahat edir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top