“Maaşlar azı 500 manat olsun” — Deputat

MALİYYƏ 11 noy 2022, 16:43
"Azərbaycanda özəl pensiya fondunun yaradılması ilə bağlı qanun niyə qəbul edilmir?"

Demokrat.az
xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.

"Ölkədə əhalisi bir fondun əlində qalmalı deyil. Bəlkə, əhali onun verdiyi güzəştlərlə qane deyil", - deputat deyib.

Parlamentari, həmçinin şəhid və qazi ailələrinin problemlərini diqqətə çatdırıb.

"Digər tərəfdən şəhid və qazi ailələrinə evlərin verilməsində problemlər var. Bakıda problem həl olunsa da, regionda hələ də qalmaqdadır. Şəhid ailələri evlə təmin olunmur, nazirliyin bununla bağlı təcrübəsi var. Bu məsələyə daha da diqqət artırılmalıdır. Bu gün büdcədə niyə qalıq qalır? Qalığın qalmasının tərəfdarı deyiləm, işlədiyim vaxtda da demişəm. Pulu xərcləməyə veriblər. İndi minumum əmək haqqı 300 manatdır, bunu edin 500 manat, əhali normal dolansın. Artıq pulunuz da var, əhaliyə verilməsinin tərəfdarıyam”, - deyə Vahid Əhmədov təkliflər irəli sürüb.

Qeyd edək ki, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də iştirak edir./Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top