Komitə sədrindən TƏKLİF: “Deputatların ezamiyyət xərcləri artırılsın”

MALİYYƏ 11 noy 2022, 12:15
“Milli Məclisin deputatlarının xaricə səfərləri zamanı onların ezamiyyət xərclərinin artırılması məqsədəuyğun olardı”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 2023-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib. 

Səməd Seyidov Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin sayının artırılmasının vacibliyini də bildirib. 

“Biz yeni səfirlikləri hansı ölkələrdə açmalıyıq? Məncə bu siyahıya yenidən baxmaq lazımdır. Hesab edirəm ki, səfirliklərimizin sayı artırılmalıdır”, - deyə Səməd Seyidov əlavə edib. 

Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcə layihəsi müzakirə olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top