“Kiminsə yaxşı sənəti var deyə, onun törətdiyi cinayəti bağışlamaq olmaz” — Deputat

GÜNDƏM 11 noy 2022, 11:25
“Rəşad Dağlının ola bilsin ki, pərəstişkarları çoxdur və ona dəstəyini ifadə edirlər. Amma heç kimə insan qətlə yetirməsinə icazə verilmir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat əlavə edib ki, hər kəs törətdiyi cinayət əməlinə görə qanun qarşısında cavab verməlidir. 

“Rəşad Dağlı barəsində də çox düzgün olaraq həbs qətimkan tədbiri seçilmişdir. İstintaq prosesi başa çatmamış ona müəyyən insanların dəstəyi var deyə azadlığa buraxmaq da qətiyyən düzgün deyil. İnsanlar arasında müxtəlif mövzularda mübahisələr olur. Rəşad Dağlının qonşusu ilə mübahisəsi də necə baş verdiyini və onu bıçaqlayaraq qətlə yetirməsinə nə vadar etdiyini istintaq müəyyənləşdirəcək. Təbii ki, proses nəticəsində onun əməllərində hansı səviyyədə cinayət əməlləri olduğunu müəyyənləşdiriləcək. Yekun qərarı isə məhkəmə verəcəkdir. Rəşadı “qəhrəman”laşdıranlara da istintaqın başa çatmasını gözləməyi tövsiyə edirəm. Bu gün cəzasız qalan cinayət əməlləri sabah daha böyük cinayətlərin baş verməsinə yol aça bilər. Hüquqi dövlətdə yaşayırıq və hər kəs qanun qarşısında bərabərdir. Kiminsə yaxşı sənəti var deyə, onun qanunazidd olaraq törətdiyi cinayəti bağışlamaq olmaz”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top