Britaniya Rusiyanın 20 milyard dollarlıq aktivlərini dondurdu

DÜNYA 10 noy 2022, 21:53
Böyük Britaniya Rusiyanın 18,4 milyard funt sterlinq (20,9 milyard dollar) məbləğində aktivlərini dondurub.

Ölkə rəsmiləri bildiriblər ki, buna səbəb Rusiyanın Ukraynaya genişmiqyaslı hücumlarını davam etdirməsidir.

Bura maliyyə aktivləri, o cümlədən səhmlər və pul vəsaitləri daxildir.

Qeyd edək ki, ölkə Rusiyaya qarşı sanksiyaları davam etdirmək üçün Maliyyə Sanksiyalarının İcrası İdarəsinin işçilərinin sayını iki dəfə artırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top