“Naxçıvanla Türkiyə arasında dəmiryolu xəttinin çəkilməsi daha çox yükü Avropaya çıxaracaq“

İNFRASTRUKTUR 10 noy 2022, 17:28
“Naxçıvan üzərindən Türkiyə dəmir yolu xəttinin çəkilməsinin böyük əhəmiyyəti var”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, yeni dəmiryolu Naxçıvan ilə Türkiyə arasında xüsusən yükdaşımaların və sərnişindaşımaların həcminin kəskin artmasına gətirib çıxaracaq. 

“Nəzərə alsaq ki, uzunmüddət blokadada qalmış Naxçıvana Türkiyə tərəfindən hər zaman dəstək olub və bu kontekstdən yeni dəmir yolu xəttinin çəkilməsi Türkiyə ilə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan arasında iqtisadi əlaqələrin genişlənməsinə xidmət edəcək. Eyni zamanda, gələcəkdə həmin dəmir yolu xəttinin Zəngəzur dəhlizi ilə birləşməsi mümkündür. Əslində, məqsəd də ondan ibarətdir ki, Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirir. Və Naxçıvan Muxtar Respublikası ilə Türkiyəni birləşdirən dəmiryolu xəttinin çəkilməsi artıq Zəngəzur dəhlizinin Türkiyənin nəqliyyat sisteminə inteqrasiyasına imkan yaradacaq. Təbii ki, bu da Zəngəzur dəhlizinin əhəmiyyətini artıran faktorlardan biridir. Nəticə etibarilə, Zəngəzur dəhlizi vasitəsilə gələcəkdə daha çox yüklərin Türkiyə və Avropa bazarına çıxışını təmin edəcək. O baxımdan Naxçıvanla Türkiyə arasında dəmiryolu xəttinin çəkilməsi bütövlükdə Azərbaycan-Türkiyə arasındakı ticarət dövriyyəsinin artmasına və ticarət dövriyyəsinin daha da dərinləşməsinə xidmət edəcək”.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top