Komitə sədrindən maliyyə nazirinə ÇAĞIRIŞ

MALİYYƏ 10 noy 2022, 12:31
“Azərbaycanda bir çox insanın ölümünə səbəb olan xəstəliklərin müalicəsi icbari tibbi sığorta zərfinə aid deyil. Onkoloji xəstəliklərin müalicəsi də təəssüflər olsun ki, icbari tibbi sığorta ilə əhatə olunmayıb”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov 2023-cü ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deyib. 

O bildirib ki, autizm xəstəliklərinin müalicəsi də icbari tibbi sığorta ilə əhatə edilməlidir. 

“Maliyyə naziri Samir Şərifov, bir çox patalogiyalar üzrə xəstəliklər icbari tibbi sığortanın xidmətlər zərfinə aid edilməlidir. Bunun üçün isə büdcədən vəsait ayrılması yaxşı olar”, - deyə komitə sədri əlavə edib. 

Qeyd edək ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2023-cü ilin büdcə sənədləri müzakirəyə çıxarılıb. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top