Azan səsindən təsirlənən ukraynalı qadın müsəlman oldu

DÜNYA 08 noy 2022, 18:54
Türkiyədə azan səsindən təsirlənən ukraynalı qadın müsəlmanlığı qəbul edib. 

Demokrat.az İHA-ya istinadən xəbər verir ki, İstanbulda yaşayan Yuliya Konotopçik həyat yoldaşı ilə birlikdə Fethiyyəyə tətilə gedib . 

Burada rayon müftiliyinə müraciət edən qadın islamı dinini qəbul edib. Burada Yuliya adını dəyişərək, Hülya adını götürüb .

"Müsəlman olduğum üçün çox xoşbəxtəm. İslamı seçməyimdə ən böyük amil azan səsidir. Xüsusilə, səhər azanını çox sevirəm". 

Sonda islam dinin əsas prinsiplərini haqqında məlumat alan Konotopçikə "Qurani-Kərim" kitabı hədiyyə edilib .

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top