Əli İnsanovdan bayram təbriki: “Başımızı uca edən Prezident İlham Əliyev cənablarına...”

DAXİLİ SİYASƏT 08 noy 2022, 09:06
“İki il öncə, Azərbaycanın şanlı ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızı böyük zəfərə qovuşdurdu”.

Demokrat.az
xəbər verir ki, bunu Haqq Ədalət Partiyasının sədri Əli İnsanov bildirib.

“Şuşa başda olmaqla işğal altında olan Qarabağ torpaqlarımız 30 ildən sonra işğaldan azad olundu. Haqq Ədalət Partiyasının bütün üzvləri adından bu qələbə sevincini bizə yaşadan, qürurumuzu dirçəldən, qamətimizi düzəldən, başımızı uca edən Prezident İlham Əliyev cənablarına, Şanlı Ordumuzun qəhrəman əsgər və zabitlərinə, öz sağlamlığını itirmiş Qazilərimiz və unudulmaz şəhidlərimizin ruhlarına böyük ehtiram və sevgimizi bildirir, Zəfər Günü münasibətilə hər kəsi təbrik edir, ölkəmizə ruzi - bərəkət, əminamanlıq, bütün soydaşlarımıza isə can sağlığı və uğurlar arzulayıram. Əziz və unudulmaz Şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun” – Ə.İnsanov qeyd edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top