"Berlində Rusiyanın yox, Ukraynanın danışıqlara hazır olduğunu görürlər"

DÜNYA 07 noy 2022, 23:49
"Ukrayna Rusiya ilə nə vaxt və necə danışıqlar aparacağına qərar verməlidir"

Demokrat.az “Ukrinform" a istinadən xəbər verir ki, bunu Almaniya federal hökumətinin mətbuat katibinin müavini Kristin Hofman bildirib.

“Almaniya hökumətinin mövqeyi dəyişməyib. Bizim mövqeyimiz ondan ibarətdir ki, Ukrayna Rusiya ilə sülh danışıqlarına nə vaxt və hansı şəraitdə başlamalı olduğuna özü qərar verir”, - Hofman qeyd edib.

O əlavə edib ki, Berlində onlar Ukraynanın prinsipial olaraq danışıqlara hazır olduğunu görürlər, lakin Rusiya tərəfinin  belə bir istəyi yoxdur.

Hökumət nümayəndəsinin sözlərinə görə, Almaniya rəhbərliyi Rusiya tərəfi ilə daim təmasdadır.

Leyla
Demokrat.az





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top