“Silah daşımaq, bölgədə silah sayını artırmaq sülhməramlı missiyasına uyğun deyil” — VİDEO

QARABAĞ 07 noy 2022, 20:11
"Sülhməramlı missiyasının beynəlxalq hüquqla bir təsəvvürü var. Bu təsəvvürdə silah daşınması, onların müvəqqəti məskunlaşdığı, müvəqqəti yerləşdiyi, nəzarəti altında olan əraziləri silahlandırmaq, o bölgədə silah sayını artırmaq sülhməramlı missiyanın işinə uyğun deyil".

Demokrat.az
-ın xəbərinə görə, bu sözləri Real TV-nin "Real intervyu" verilişində politoloq Yeganə Hacıyeva deyib. 

Siyasi şərhçi bildirib ki, bu mənada Azərbaycan ərazisində yerləşdirilən Rusiyanın sülhməramlı qüvvələrinin fəliyyətini dəyərləndirmək mütləqdir:

"Bu fəaliyyətdə pozitivlik olsa da, neqativ çalarlar özünü göstərməkdədir. Rusiya sülhməramlıları ilk dəfə xəritələrlə "oynamağa" başlamışdılar. Ard-arda Azərbaycan ərazilərinin təhriflə Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirirdilər. Bu bir neçə dəfə təkrarlandı. Xarici İşlər Nazirliyi, Azərbaycan rəsmiləri bu barədə etirazlarını bildirəndən sonra, bu "oyun" ilyarımdan sonra bitdi".

"Ardınca biz Rusiya sühməralılarının məhz Qarabağa sülhməramlı missiyanın mandatına uyğun gəlməyən yüklərin daşınması ilə bağlı xəbərlər alırıq. İkinci, biz həm də o suala cavab verməliyik ki, Rusiya sülhməramlılarının fəaliyyətində sülhə nəzarətlə bağlı təsəvvürü hansı formadadır" - deyə politoloq qeyd edir.

Daha ətraflı videoda:

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top