“Rafael və Coşqun kimi "Əməkdar artist" ola bilmədim”

ŞOU-BİZNES 07 noy 2022, 15:03
"Ağlıma gəlməzdi nə vaxtsa meyxanaçı olacağam. Nəsildə meyxanaya həvəs olmayıb. Şəfiqə Axundova gəlmişdi, atamın öyrətdiyi mahnını oxudum. Soruşdu ki, kim olmaq istəyirsən? Cavab verdim ki, aktyor. Dedi, hazırlaş gəl, qəbul edəcəyəm. Hazırlaşdım, gedim və qəbul oldum. Tələbə yoldaşlarım Azər Axşam, Rafael İsgəndərov, Cosqun Rəhimov idi. Baş rollar mənə verilirdi. Baxmayaraq ki, Rafael Coşqun kimi tanınmadım, "Əməkdar artist" olmadım".

Demokrat.az
xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov "Söhbət musiqidən gedir" proqramında deyib. Sənətə gəlməsindən danışan ifaçı "Bu şəhərdə"nin aktyorları, Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovla eyni fakültədə təhsil aldığını söyləyib.

Aktyorluqdan uzaqlaşmasından danışan Vüqar bunun səbəbini açıqlayıb:

"1994-cü ildə qəza keçirtdim və düşündüm ki, aktyor yox, meyxanaçı kimi davam edim".  /Axşam.az
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top