“Aygün mənim ən gözəl əsərimdir” — VİDEO

ŞOU-BİZNES 07 noy 2022, 12:09
"Aygün özü mənim ən gözəl əsərimdir. Mən onun şəxsi və iş həyatında daim yanında olmuşam. Buna çox çalışmışam. Çünki gənc bir qız birdən-birə məşhurlaşdı. Onu hər yerdə tanıyırlar və səhvlər etmək imkanı çoxalır. Həmin zamanlar ayıq birisi onların yanında olmalıdır ki, yalnışdan tutub saxlasın."

Demokrat.az  xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Cavanşir Quliyev MTV-də yayımlanan "Düzünə qalsa" verlişində deyib.

Bəstəkar, "bacardığım qədər ona hər şeyi öyrədirdim, qoruyurdum, tövsiyyələr edirdim. O valideynlərindən çox erkən yaşda ayrılıb, parta arxasından qalxandan yanında idim. Onu əlimin nəbzində saxlamışdım, bir ehtiyac olan kimi gəlirdim" - sözlərini əlavə edib.

Xalq artisitinin keyfiyyətlərindən danışan sənətkar, "mən heç vaxt Aygünü qışqırıb-bağıran görməmişəm. Görəni də görməmişəm ki, biri bunu desin. Bu onun xasiyyətindən irəli gəlirdi, ifasında da hiss olunur. Ona görə sevilirdi o. Aygünə qarşı inanılmaz sevgi olub, görülməmiş bir şeydir bu. Heç bir müğənnidə olmayıb. Bunun mən canlı şahidi olmuşam. Onu görən ağlayırdı ki, Aygün canlı qarşımdadı... Belə səhnələr görmüşəm mən"" -deyə bildirib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top