"İki il orada yaşadımsa, həbsxanada da otura bilərəm"

MƏDƏNİYYƏT 07 noy 2022, 09:22
"Kipri hər kəs cənnət kimi təsəvvür edir. Mən də elə düşünürdüm. Kiprə gələndə hava limanında qarşıladılar. Maşına mindik və yataqxanaya gedirdik. Pəncərədən sağa, sola baxıram ki, otlar yanıb, sap-sarıdır. Dedim ki, bura Kürdəmirdir ki... Mənə tanış mənzərə gəldi. Amma dənizkənarı əraziləri yaşıldır."

Demokrat.az
xəbər verir ki, bu sözləri 19 ildən sonra sentyabr ayında birdəfəlik Azərbaycana qayıdan Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev "Şənbə axşamı" verilişində deyib. O, Kiprdəki ilk illərini həbsxana həyatıyla müqayisə edib:  

"İki il universitetin içindəki 1 otaqlı qonaq evində yaşadım. Özümə sual verirdim ki, insan illərlə bir otaqda harada yaşayır? Həbsxanada, dörd divar və illər... Düzdür, çölə çıxmaq olur, işə gedib evə gəlirsən. Heç kimi tanımırsan, qapanıb orada qalmısan. Öz-özümə dedim ki, 2 il burada yaşadımsa, mənə heç nə olmadısa, deməli, həbsxanada da otura bilərəm. Buna bənzər bir şey idi. Təbii ki, sonradan yaşayış yerimi dəyişdim"./Axşam.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top