Qərbi Kaspi Universitetində sərgi keçirilib — FOTOLAR

İNCƏSƏNƏT 05 noy 2022, 13:00
Qərbi Kaspi Universitetinin Memarlıq və Dizayn Məktəbinin tələbələrinin ekologiya mövzusuna həsr olunmuş qrafik dizayn, akvarel, maketlərdən ibarət işlərinin sərgisi keçirilib. 

Demokrat.az xəbər verir ki, sərgidə universitetin müəllim və tələbə heyəti ilə yanaşı Xalq rəssamı, professor, Rəssamlar İttifaqının birinci katibi Ağali İbrahimov, Xalq rəssamı, professor Xanlar Əhmədov, memarlıq üzrə elmlər doktoru  Azərbaycan Dizaynerlər İttifaqının və Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, Qərbi Kaspi Universitetinin professoru Elçin Əliyev, Rusiya Rəssamlar Akademiyasının üzvü, əməkdar rəssam Şərif Şərifov, Kommunikasiya üzrə tanınmış mütəxəssis, irlandiyalı Mayk Maunsel də iştirak ediblər. 

Tələbələrin yaradıcılığı ilə tanış olan qonaqlar onların işlərini yüksək qiymətləndirib, eyni zamanda tövsiyələrini veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top