“Kababçı Dadaş” müştərisinin üzünə “şıram” atdı — ŞOK OLAY

KRİMİNAL 03 noy 2022, 12:57
Bakının Səbail rayonunda 1964-cü il təvəllüdlü Ağakərim tanışı Oleqə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin avqustun 11-də, rayonun Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 56 ünvanda, “Real market”in qarşısında baş verib. 

Ağakərim mübahisə zamanı Oleqə bıçağının iti kənarı ilə sifətinin sol tərəfindən vuraraq ona xəsarət yetirib. 

İstintaq orqanı tərəfindən Ağakərimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ağakərim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəsilə birlikdə kirayəşin yaşayır: “Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 56 ünvanda, “Real market”in yaxınlığında kababxana icarəyə götürərək işlədir. Hadisədən 2 gün əvvəl Oleq kababxanaya gəldi, lülə kabab sifariş verdi. Kababı hazırlayaraq manqala qoyduqdan sonra Oleq kababxanadan getdi. Oleqə dəfələrlə zəng etsəm də, telefona cavab vermədi. Hətta kababın hazır olmasını bildirmək üçün evinə də getdim. Lakin evdə heç kəsin olmadığını bilərək geri qayıtdım”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 11-də, saat 11.00-da Oleqin “Real market”in qarşısında, yolun kənarında maşınında oturduğunu görüb: “Ona yaxınlaşaraq sifariş verdiyi kababın 6 manat pulunu istədim. Oleq cavab verdi ki, kababı yeməyib, pulunu verməyəcək. Maşınının qapısını açdım və Oleqə bildirdim ki, onun haqqını heç kəs kəsməyib, Oleq də kəsə bilməz, pulunu ödəsin. Oleq isə bir daha təkrar etdi ki, heç nə yeməyib, bu səbəbdən pul verməyəcək. Bununla bağlı aramızda mübahisə yarandı. Əlim ilə Oleqin sifətindən vurdum, sağ əlimdəki mətbəx bıçağı ilə isə Oleqin sifətinə xəsarət yetirdim. Sifətindən qan gəldiyi üçün Oleq əvvəl maşınına oturdu, sonra isə düşərək evinə getdi”. 

Cinayət işi üzrə zərərçəkmiş Oleqin sözlərinə görə, təqsirləndirilən şəxsi “kababçı Dadaş” kimi uzun müddətdir tanıyır: “Adının Ağakərim olmasını sonradan bilmişəm. Hamı “Dadaş” deyə çağırır. Təqsirləndirilən şəxs “Real market”in yaxınlığında kababçı işləyir. Özümə məxsus “Mersedes” markalı avtomobilim ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul oluram”. 

Zərərçəkmiş şəxs qeyd edib ki, təxminən hadisədən iki gün əvvəl yaxınlıqdan keçərkən təqsirləndirilən şəxsə kabab sifariş verib: “Lakin sonradan elə alındı ki, sifariş verdiyim kababı yemək üçün gələ bilmədim. Avqustun 11-də, saat 11.00-da “Real market”in qarşısında dayanaraq avtomobilimdə oturduğum vaxt təqsirləndirilən şəxs  yaxınlaşdə, ondan sifariş verdiyim kababın 6 manat pulunu istədi. Cavab verdim ki, sifariş verdiyim kababı yeməmişəm, nə üçün 6 manat pul ödəməliyəm və əlavə etdim ki, 6 manatı verməyəcəm. Bundan sonra təqsirləndirilən şəxs yumruqla və əlində olan bıçaqla isə sifətimdən vurdu. Bıçaq sifətimin sol tərəfini kəsdi və üzümdən qan axmağa başladı. Evə gedərək özüm sifətimin qanını dayandırdım. Baş verənlər barədə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə məlumat verdim. Daha sonra ərizə ilə Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət etdim”. 

Zərərçəkmiş ifadəsinin sonunda qeyd edib ki, təqsirləndirilən şəxs ilə barışıb və ona qarşı şikayəti yoxdur. 

Səbail rayon Məhkəməsində işə baxan hakim təqsirləndirilən şəxsin zərərşəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını deyib. 

Məhkəmə Ağakərimin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top