Məcburi köçkünlərə aylıq müavinət üçün ayrılacaq vəsait müəyyənləşdi

DAXİLİ SİYASƏT 03 noy 2022, 12:15
Məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 366,7 milyon manat vəsait proqnozlaşdırılıb.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.

Məcburi köçkün statusu olan və onlara bərabər tutulan şəxslərə (474 min nəfərə yaxın) 60 və 33 manat məbləğində vahid aylıq müavinətin verilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 328,7 milyon manat, digər tədbirlər üçün 38 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Növbəti ilin dövlət büdcəsində məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak edilən kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına qarşılanması üçün isə nəzərdə tutulmuş vəsaitin məbləği 22,2 milyon manat təşkil edəcək.

Bundan başqa, 2023-cü ilin dövlət büdcəsində "İşğaldan azad edilmiş ərazilərdə yüksək bilik və bacarıqlara malik işçilərin işə cəlb edilməsi məqsədilə güzəşt və imtiyazların tətbiqi" ilə bağlı xərclərin maliyyə təminatı üçün 18 milyon manat nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top