İsgəndəriyyə sular altında qala bilər — Xəbərdarlıq

MARAQLI 02 noy 2022, 23:16
Misirin ikinci böyük şəhəri İsgəndəriyyə qlobal istiləşmə səbəbindən su altında qala bilər.

Demokrat.az
"Haber Global"a istinadən xəbər verir ki, Misirdə nəşr olunan "Əl Ahram" qəzetindəki xəbərdə ölkənin ən böyük limanına sahib olan İsgəndəriyyənin  dənizin səviyyəsinin artması nəticəsində sular altında qala biləcəyi haqda xəbərdarlıq edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin (IPCC) məlumatlarına diqqətçəkən xəbərdə 2050-ci ilə qədər İsgəndəriyyənin üçdə birinin su altında qalacağı bildirilib.

Buna əsasən, 6 milyon əhalisi olan şəhərdən 1 milyon 500 min insanın köç etməli ola biləcəyi, şəhərdəki qədim əsərlər və tarixi sərvətlərin də böyük təhlükə ilə üzləşdiyi qeyd olunub.

Xəbərdə şəhərin dəniz sahilinin hər il 3 millimetr yüksəldiyi vurğulanarkən, qarşıdakı 30 ildə Aralıq dənizinin sularının bir metr yüksələ biləcəyi açıqlanıb.

Bildirilib ki, iqlim mütəxəssisləri dəniz səviyyəsinin bu qədər artması səbəbindən Nil Deltası ətrafındakı münbit torpaqların üçdə birinin yararsız hala düşəcəyini proqnozlaşdırır.

Jalə 
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top