Ayı universitetin şəhərciyinə daxil oldu və ... — VİDEO

MARAQLI 02 noy 2022, 21:58
Universitetin şəhərciyinə daxil olan ayı tələbənin çantasını götürərək qaçıb. 

Demokrat.az
xəbər "Tgrt haber"ə istinadən verir ki, hadisə Meksikanın Nuevo Leon əyalətində baş verib.

Belə ki, Nuevo Leon Muxtar Universitetinin şəhərciyinə girən ayı tələbələrin ağacın altına qoyduğu çantalardan birini ağzı ilə götürüb qaçır. 

Heyvanı görən tələbələrdən bəziləri təşvişə düşsə də, digər qismi görüntüləri telefonla çəkirlər. Kadrlarda ayının yavaş-yavaş çantaların yerləşdiyi əraziyə yaxınlaşdığı və onu götürdükdən sonra kolluğa doğru qaçdığı aydın görünür.

Verilən məlumatda ayının oğurladığı çanta universitetdən bir neçə metr aralıda tapılıb.

İlkin ehtimallara görə ayının yemək axtarmaq üçün universitetin şəhərciyinə girdiyi güman edilir.

Nuevo Leon əyalətində ayılarainsanların məskunlaşdığı ərazilərdə tez-tez rast gəlmək olur. Belə hallarda səlahiyyətlilər vətəndaşlara təhlükəsizlik baxımından ayılara yaxınlaşmamaq, şəkil çəkdirməmək və yemək verməmək barədə xəbərdarlıq edir.

Rza
Demokrat.az





 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top