İran XİN Səudiyyə Ərəbistanına hücum edəcəklərinə dair xəbərlərə münasibət bildirib

REGİON 02 noy 2022, 20:44
İran Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanına hücum edəcəkləri ilə bağlı yayılan məlumatlarlara münasibət bildirib.

APA xəbər verir ki, XİN sözçüsü Nasir Kənani yayılan məlumatları təkzib edib.

Onun sözlərinə görə, bu tip xəbərlər bəzi Qərb dairələri tərəfindən İrana qarşı mənfi atmosfer yaratmaq və region ölkələri ilə mövcud müsbət tendensiyaları məhv etmək məqsədi daşıyır.

“İran qarşılıqlı hörmət əsasında, beynəlxalq prinsiplər və qaydalar çərçivəsində mehriban qonşuluq siyasətini davam etdirir. Eyni zamanda İran, qonşuları ilə konstruktiv qarşılıqlı fəaliyyətin qurulmasını,
regionda sabitlik və təhlükəsizliyin bərqərar olmasını təşviq edir”, - deyə XİN rəsmisi əlavə edib.

Qeyd edək ki, ötən gün “The Wall Street Journal”da İranın ölkədəki etiraz aksiyalarından diqqəti yayındırmaq üçün Səudiyyə Ərəbistanına mümkün hücumu barədə xəbər dərc edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top