“Şahruddindən çox danışılması məni narahat edir” — Qurban Qurbanov

İDMAN 02 noy 2022, 19:24
“Son Avropa Liqası oyunumuzdan 6 gün keçib. Bu günlərdə Şahruddin Məhəmmədəliyevin adı çox hallanıb, onun psixoloji durumundan danışılıb. Bu məni narahat edir”.

Bu  sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda “Frayburq”a qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında iştirak edib. Təcrübəli mütəxəssis AL-in 5-ci turunda “Nant”la qarşılaşmada etdiyi səhvlə gündəmə gələn qapıçı Şahruddin Məhəmmədəliyevin durumundan danışıb:

“Olunan söz-söhbətlər həm komandada, həm Şahruddində gərginlik yaradır. Hər şeyi çox gözəl başa düşürük. Azarkeşlərə həmişə güvənmişəm və hər şeyə də real baxmaq lazımdır. Komandada da, Şahruddində də psixoloji durum yerindədir. Futbolçular bu cür oyunlarda özlərini necə idarə etməyi bilir. Qrupdakı matçlara baxsaq, elə oyun yoxdur ki, səhvsiz ötüşsün”.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top