“Buranı türklərə məzar edəcəyik” deyən iranlı terrorçu məhv edildi — FOTO

REGİON 02 noy 2022, 17:59
Türkiyənin İraqın şimalında terrorçulara qarşı həyata keçirdiyi “Pəncə-Kilid” əməliyyatında PKK-nın Metina əyaləti üzrə “nümayəndəsi”, türkləri təhdid edən İran əsilli terrorçu Cavad Attarek iki mühafizəçisi ilə birlikdə məhv edilib.

Demokrat.az
xəbər verir ki, məhv edilən “Yekta” kod adlı iranlı terrorçu 22 ildir PKK-nın üzvüdür və terror təşkilatının “hərbi məclisi”ndə təmsil olunur.

Terrorçu Cavad Attarek PKK-ya məxsus media orqanlarında Türkiyəni təhdid etmişdi.

“Türk ordusu irəliləyə bilmir. Buranı türklərə məzar edəcəyik”, - o iddia etmişdi.

Bu açıqlamasından bir neçə gün sonra türk ordusu iranlı terrorçunu məhv edib.
Publika.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top