Azərbaycan hökuməti, “Masdar” və “AccessBank” arasında razılaşma təsdiq edilib

SƏNAYE VƏ ENERGETİKA 02 noy 2022, 15:40
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti, “Masdar Azərbaycan Enerji” Məhdud Məsuliyyətli Cəmiyyəti və “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma” təsdiq edib.

AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı müvafiq Sərəncamı imzalayıb.

Qərara əsasən, “Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 aprel tarixli 2561 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Hökuməti adından Azərbaycan Respublikasının energetika naziri tərəfindən 2022-ci il iyulun 30-da imzalanmış “Azərbaycan Respublikasının Hökuməti, “Masdar Azərbaycan Enerji” Məhdud Məsuliyyətli Cəmiyyəti və “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma” təsdiq edilib.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top