Masallıda yetkinlik yaşına çatmayan şəxsin avtoxuliqanlıq etdiyi görüntülər yayılıb — VİDEO

SOSİAL MEDİA 02 noy 2022, 15:11
Masallıda yetkinlik yaşına çatmayan şəxs avtoxuliqanlıq edib. 

Demokrat.az
Oxu.Az-a istinadən xəbər verir ki, həmin videogörüntülər sosial şəbəkələrdə yayılıb. 

İlkin məlumata görə, VAZ-2107 markalı 90-ZB-901 dövlət nömrə nişanlı avtomobil ilə “avtoşluq” edən şəxsin 17 yaşı olub. Eyni zamanda videogörüntülərdə nəqliyyat vasitəsinin qeyri-standart dövlət nömrə nişanı ilə idarə edildiyi də görülür.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkədə yayılan videogörüntülər sutkanın qaranlıq vaxtlarında Masallı şəhəri ərazisində lentə alınıb:

“Avtoxuliqanlıq hərəkətləri edərək, ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünün görüntüləri barədə məlumatlıyıq. Sözügedən görüntülərlə bağlı Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin nəqliyyat vasitəsi və sükan arxasında olan şəxs müəyyən edilib. Onun Masallı rayon sakini olan bir nəfər azyaşlı olduğu müəyyən edilib. İdarəetmə hüququ olmadan sürdüyü VAZ-2107 markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə və dəfələrlə pozan həmin şəxs barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top