Maskın rəhbər kimi ilk tviti: "Quş azaddır"

SOSİAL MEDİA 28 okt 2022, 12:09
Ötən gün Tvitteri alan İlon Mask rəhbər kimi ilk tvitini yazıb. 

O, "Quş azaddır" şərhini paylaşıb. O, müvafiq şərhi eyniadlı sosial şəbəkədəki səhifəsində də yerləşdirib.

Maskın rəhbər olması ilə şirkətin icraçı direktoru Paraq Aqraval və maliyyə məsələləri üzrə direktor Ned Siqal, böyük hüquq və siyasət meneceri Vijaya Gadde və baş məsləhətçi Sean Edgett ofisi tərk ediblər. Onları Maskın işdən çıxardığı bildirilir. Belə ki, əvvəlki rəhbərlik 44 milyardlıq sövdələşməyə mane olub, prosesi uzadıblar.

Tvitterin yeni sahibi bu platformanı daha müstəqil, daha faydalı və cəlbedici, hamı üçün əlçatan edəcəyini açıqlayıb.

Tvitter hesabı bağlanan keçmiş prezident Donald Tramp Elon Maskı təbrik edib. Mask isə ən qısa zamanda Trampın hesabının bərpa olunacağını açıqlayıb. /azvision.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top