Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın inkişafı üçün səyləri artıracaqlar

BİZNES 27 okt 2022, 08:26
Oktyabrın 26-da Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin Türkiyədə keçirilən “Saha Expo-2022” Müdafiə və Aerokosmik sərgisi çərçivəsində Pakistan İslam Respublikasının müdafiə istehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin ilə görüşündə nazirlər iki ölkənin Hökumətlərarası Birgə Komissiyasının həmsədrləri olaraq iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün səylərin artırılacağını bildiriblər.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, sonra qarşılıqlı hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub və digər maraq doğuran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb.

Tərəflər faydalı müzakirələrin baş tutduğu görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, oktyabrın 25-dən 28-dək İstanbulda təşkil edilən “Saha Expo-2022” Müdafiə və Aerokosmik sərgisinə 25-dən çox ölkədən 1 000-ə yaxın yerli və xarici şirkət qatılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top