Dədə Süleymanın qızı: "Atamla vida mərasimi olmayacaq"

İNCƏSƏNƏT 23 okt 2022, 13:33
Xəbər verdiyimiz kimi, "Dədə" ləqəbi ilə incəsənət aləmində məşhurlaşan Əməkdar artist Süleyman Abdullayevin bu gün uzun sürən xəstəlikdən vəfat edib.

Bizim.Media-nın əməkdaşı əməkdar artistin qızı Aygün Abdullayeva əlaqə saxlayıb.

O bildirib ki, atası ilə vida mərasimi olmayacaq.

"Bu xəbər ailəmizi çox sarsıtdı. Artıq atam yoxdur. O, bu gün anamın dəfn olunduğu Müşfiq qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Hazırda nəşi məscidə, ordan isə öz evinə aparılacaq. Vida mərasimi olmayacaq. Atam yaşadığı evindən son mənzilə yola salınacaq",- deyə Aygün xanım bildirib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top