“AZERBAIJAN. WHERE CULTURE MEETS ADVENTURE” layihəsi finalda

TURİZM 18 okt 2022, 14:07
BBC World News-un efirində verilmiş Azərbaycana həsr olunmuş  “AZERBAIJAN. WHERE CULTURE MEETS ADVENTURE” layihəsi Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin qlobal onlayn səsverməsinin final mərhələsinə yüksəlib.

Demokrat.az
xəbər verir ki, 2022-ci il oktyabrın 1-dən 20-dək 2022-ci ilin turizm sahəsində ən yaxşı film layihəsi üçün onlayn səsvermə keçirilir.

Ümumilikdə 22 ölkədən 49 layihə finala yüksəlib. Azərbaycana dair layihə səəsvermədə ön sıralardadır. 

Layihəyə dəstək üçün https://www.cifft.com/film/azerbaijan-where-culture-meets-adventure/ linkindən səs verə bilərsiniz.
 
Səsvermə IP ünvanlar üzrə hesablanır. Səsvermədə 20 oktyabr 2022-ci il tarixi də daxil olmaqla iştirak etmək mümkündür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top