Turistlər bu festivalı izləmək üçün İstanbula axın edir — FOTOLAR

TURİZM 17 okt 2022, 09:45
Bu il oktyabrın 1-dən bəri qardaş Türkiyədə təşkil olunan "Bəyoğlu Mədəniyyət Yolu" adlı festival çərçivəsində tədbirlər davam edir. 

Demokrat.az
xəbər verir ki, festivalda iştirak etmək üçün dünyanın hər yerindən, həmçinin Azərbaycandan da turistlər İstanbula axın edir. 

Müxtəlif ölkələrdən fəaliyyət göstərən jurnalistlər və bloggerlər Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirlən "Bəyoğlu Mədəniyyət Yolu" festivalını ictimailəşdirmək üçün İstanbuldadır.  

Xarici jurnalistlər İstanbulun tarixi və memarlıq abidələrini, mədəniyyət ocaqlarını-muzeyləri, teatrları, sərgiləri ziyarət ediblər, qardaş ölkənin milli mətbəxi ilə tanış olurlar. 

Qeyd edək ki, "Bəyoğlu Mədəniyyət Yolu 2022" festivalı oktyabrın 23-ə kimi davam edəcək.

@goturkiye
#GoTürkiye
 #Beyoglucultureroute





Vasif Həsənli
Demokrat.az
Bakı-İstanbul-Bakı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top