Ukraynanın maliyyə naziri Dünya Bankı və BVF-nin Rəhbərlər Şurasının sədri seçildi

MALİYYƏ 15 okt 2022, 00:29
Ukraynanın maliyyə naziri Serhi Marçenko 2023-cü il üçün Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Rəhbərlər Şurasının sədri seçilib.

Bu barədə məlumatı Demokrat.az-a Ukraynanın Maliyyə nazirinin azərbaycanlı müşaviri, sabiq səfir Azər Xudiyev bildirib.

O, qeyd edib ki, bu qərar bütün idarəedici ölkələr - Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun üzvləri tərəfindən yekdilliklə qəbul olunub. Ukraynanın DB və BVF-yə üzvlüyünün 30 ili ərzində bu ilk dəfədir baş verir” -  deyə A.Xudiyev vurğulayıb.

Onun sözlərinə görə, yeni status beynəlxalq maliyyə təşkilatları və Dünya Bankı və BVF-yə üzv ölkələrlə əməkdaşlığın səmərəliliyini artıracaq.

Bu il Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun Vaşinqtonda keçirilən İllik Görüşləri zamanı Ukraynanın maliyyə naziri Serhi Marçenko hər iki maliyyə institutunun rəhbərliyi və nümayəndələri ilə görüşüb. 2022-ci ilin martında Ukrayna BVF-dən Sürətli Maliyyələşdirmə layihəsi çərçivəsində 1,4 milyard dollar alıb. Oktyabrın 7-də isə BVF əlavə olaraq 1,3 milyard dollar maliyyə dəstəyi göndərilib. 

Qeyd edək ki, Ukrayna 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına üzv olub.

Zaur
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top