Məşhur avtomobil brendi qeyri-adi modelini təqdim etdi

AVTO 11 okt 2022, 08:43
Fransanın “Renault Group” şirkəti “Mobilize” alt brendi altında yeni elektromobilini təqdim edib.

Bu barədə brendin mətbuat xidməti məlumat yayıb.

Təkoturacaqlı model avtomübadilə (carsharing) xidmətləri üçün nəzərdə tutulub.

Maşının üç təkəri var və o, vahid joystiklə idarə olunur. Maksimum sürət 25 km/saatdan çox olmayan elektromobildə hava yastığı da quraşdırılıb.

Qeyri-adi nəqliyyat vasitəsinin yalnız bir qapısı var. Baqaj bölməsinə daxil olmaq üçün oturacaq irəli çəkilir.

“Solo Concept” adlı yeni modelin yarısı təkrar emal edilmiş materiallardan hazırlanıb.

Qeyd olunub ki, elektromobil adi məişət elektrik yuvasından doldurula bilər. /oxu.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top